Ermənistanın baş naziri Nikol Paşinyan "Sülh qovşağı" konfransında etdiyi çıxışda Sünik (Qərbi Zəngəzur) vilayətindən keçən nəqliyyat yoluna nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) verilə biləcəyini bildirib. Bu açıqlama Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addım atdığı kimi qiymətləndirilir.
Bəs vətəndaşlarımız Zəngəzur dəhlizini rus əsgərinin qoruması ehtimalına necə baxır?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com