“Azərbaycan Ermənistanın tələblərinin yerinə yetirilməsini təmin etmək üçün ona qarşı ilkin informasiya təzyiqinə başlayıb”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan deyib.
“Çox güman ki, indi belə bəyanatların səbəbi erməni tərəfinin verdiyi vədlərdədir və bu vədləri yerinə yetirməyin vaxtı çatıb. Bu cür hədələrlə onlar (Azərbaycan tərəfi) həmin vədləri xatırlatmağa və növbəti birtərəfli güzəştlərə şərait yaratmağa çalışırlar”, - deyə Ananyan bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan əsas məqsədinə - Sünikdən keçən dəhlizə nail olmağa çalışır:
“Bu dəhliz Böyük Orta Dəhlizin bir hissəsidir və ona görə də təkcə Bakı və Ankara deyil, beynəlxalq oyunçular da bu layihənin həyata keçirilməsində və güzəştlərin təmin edilməsində maraqlıdırlar”.
Ananyanın fikrincə, bütün beynəlxalq oyunçular Ermənistana təzyiq göstərmək və bu tələbin yerinə yetirilməsini təmin etmək məsələsində konsensusa gəliblər.
Musavat.com