Zəngəzur dəhlizi ilə bağlı İrəvandan ŞOK HƏMLƏ, ermənilər HƏRƏKƏTƏ KEÇDİ – CANLIda

Azərbaycanla Naxçıvan arasında gələcəkdə Sünikdən (Qərvbi Zəngəzurdan -red.) keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Onun sözlərinə görə, hazırda bütün məqamlar müzakirə olunur.

“Bu cür funksiyaların hansısa təşkilata verilməsi təcrübəsi var və bu baş verərsə, Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənəcək”, - spiker bildirib. O, Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərin olmasını nümunə gətirərək qeyd edib ki, “bu məsələdə də düşünməli olduğumuz məqamlar var”.
Lakin A.Simonyanın qeyd etdiyi kimi, hazırda bununla bağlı heç bir qərar qəbul edilməyib.

Ermənistan KTMT-dən çıxmaq barədə qərar verəcəyi gün gələ bilər.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Heç nə istisna deyil, KTMT Ermənistanın təşkilatdan çıxması üçün hər şeyi edir”, - spiker vurğulayıb.
Simonyan Rusiyanın KTMT-dən çıxmağın erməni xalqının maraqlarına uyğun olmadığına dair bəyanatlarına belə cavab verib: “Hesab edirəm ki, Ermənistanla təhdid dili ilə danışmaq çox yanlış məntiqdir”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

09.09.2024 13:40
890