Zenfira İbrahimova:“Ərimdən şübhələnmişəm, amma xəyanətini görməmişəm” -VİDEO

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Zenfira İbrahimova olub.

Musavat.com xəbər verir ki, ifaçı ərinin xəyanətindən şübhələndiyindən danışıb:

"Tam səmimi deyim, şübhələndiyim məqamlar olub, ancaq tutmamışam. Anar Heydərov da, mən də tanınan insanıq, övladlarımız var, gələcəyimiz var. Düşünmürəm, o, elə bir addım atar ki, sabah ailəsinə töhmət olunsun. Bilirəm ki, bizim böyük bir problemimiz yoxdur".

05.04.2022 16:11
1874