Türkiyənin Ərzurum vilayətinin Xorasan mahalı ilə Qarsın Sarıqamış rayonu arasındakı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, zəncirvari qəzada "Turgut Reis" firmasına məxsus avtobus, Derince Bələdiyyəsinə aid avtobus və yük maşını toqquşub.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 2-sinin vəziyyəti ağır olmaqla 8 nəfər yaralanıb.
Əraziyə çox sayda səhiyyə, jandarma və axtarış-xilasetmə qrupları sövq edilib. Yaralılar Sarıqamış Dövlət Xəstəxanasına aparılıb.
Musavat.com hadisənin görüntülərini təqdim edir:
Musavat.com