Kahramanmaraşda zəlzələdən sonra sosial mediada müzakirə olunan məsələlərdən biri sunami ehtimalı ilə bağlıdır.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialarla bağlı Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) açıqlama yayıb:
“Hazırda Şərqi Akdeniz sahillərinə təsir göstərəcək sunami təhlükəsi yoxdur”, - deyə, açıqlamada bildirilib.
Qeyd edək ki, İtaliyada sunami ilə bağlı xəbərdarlıq edilmişdi. Rəsmilər həyəcan siqnalı verdikdən sonra xəbərdarlıq yumşaldıldı, sonra isə tamamilə götürüldü.
Nigar HƏSƏNLİ,
Musavat.com