23 yaşlı Nehir Karakuş fevralın 6-da Türkiyədə baş verən zəlzələdə bütün ailəsini itirib.
Musavat.com xəbər verir ki, İstanbul Universitetinin hüquq fakültəsini bitirən Karakuş məzuniyyət mərasimində çıxışı ilə hər kəsi kövrəldib.
Tək qaldığı zamanlarda ona dəstək olan insanlara təşəkkür edən gənc qız bunları deyib: "Heç biri mənim ailəmdən deyil, heç biri ilə qan bağım yoxdur. Lakin onlarla mənim aramda könül bağları yaranmışdı. Ən çətin günlərimdə hər biri yanımda oldu, məni tək qoymadılar. Hər birinə ayrıca olaraq təşəkkürümü bildirirəm".
Sosial hesabında "Məzun oldum" deyə paylaşım edən Nehir Karakuş böyük dəstək mesajları alıb.
Nehir Karakuşun bir arzusu var - ailəsinin istədiyi kimi yaxşı vəkil olmaq.
"Anam cinayət hüquqşünası olmağımı, atam televiziya kanallarında hüquq şərhçisi olmağımı istəyirdi. Əminəm ki, onların bütün arzularını reallaşdıracam", - deyə N.Karakuş bildirib.
Musavat.com