Zəlzələdə ailələri ilə birgə həlak olan polis və hərbçilər... - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində 100 hərbçi həlak olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlər arasında polis əməkdaşları da olub. Onların əksəriyyəti ailələri ilə birgə həlak olublar.

Sosial şəbəkələrdə sözügedən hərbçi və polislərin ailələri ilə birlikdə çəkilmiş fotoları yayılıb. Hətta instaqram sosial şəbəkəsində onlara həsr edilən səhifə də yaradılıb.

 

 

21.02.2023 13:40
519