Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən 3 ardıcıl zəlzələ nəticəsində 28 evdə çatlar yaranıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, 3.5, 4.4 və 4,5 maqnitudada zəlzələlər bir sıra fəsadlar törədib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən vətəndaşlara dəyən maddi zərərin hesablanması üzrə komissiya yaradılıb.
Qeyd edək ki, Türkiyədə 3 zəlzələ dünən qeydə alınıb. Yeraltı təkanların ocağı 2,52 km dərinlikdə yerləşib.