Türkiyənin Mersin şəhərində zəlzələ bölgələrinə göndərilmək üçün yığılan 15 ton günəbaxan yağı, 5 ton düyü və 5 ton mərcini oğurlayıb satan 3 şübhəli həbs edilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bazar dəyəri 1 milyon lirə olan qida materiallarının 5 fərqli yük maşını ilə Mardin və Batmandakı anbarlara daşındığı müəyyən edilib.
Sözügedən hadisə ilə bağlı 6 nəfər saxlanılıb. Onlardan üç nəfəri həbs edilib, digər üç nəfər isə məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Musavat.com