Zəlzələ qorxusu nədir və ona necə qalib gəlmək olar? - Psixoloqdan AÇIQLAMA

Şiddətindən və yerindən asılı olmayaraq zəlzələ hər kəsi qorxuya salır. Əksər insanlar zəlzələdən sonra təkcə özünün deyil, ailəsinin, yaxın çevrəsinin və bütün dünyanın zərər görəcəyindən narahatlıq keçirir.

Bəs, zəlzələ qorxusu ilə necə mübarizə aparmaq lazımdır?

BAKU.WS zəlzələ qorxusundan xilas olmağın yollarını təqdim edir:

Zəlzələdən sonra keçirilən narahatlıqlar:

Yuxu pozğunluqları, kiçik bir hərəkətdən belə qorxmaq, ağlamaq istəyi, sıx narahatlıq hissi, depressiya, davamlı olaraq zəlzələ olacağını düşünmək və zəlzələdə baş verənlərlə bağlı böyük ağrıdan gündəlik həyata davam edə bilməmək.

Biz dünyaya təbii fəlakətlərdən əvvəl təhlükəsiz yer kimi baxırıq. Amma hər təbii fəlakətdən sonra dünya ilə yenidən tanış olur və anlayırıq ki, əslində dünya təhlükəsiz yer deyil. Zaman keçdikcə dünya yenidən təhlükəsiz yer kimi hiss olunur.

Türkiyəli psixoloq İsmail Aykut Öztürk bu məsələni belə izah edir və zəlzələdən sonra yaşanan qorxulara qarşı alınması lazım olan tədbirləri sadalayıb.

Belə anlarda ağlınız pis bir şeyin ola biləcəyinə inanır, ona görə də zəlzələnin baş verməməsi ehtimalı barədə düşünə bilməzsiniz. Çünki narahatlıq və qorxu var. Ancaq dərindən nəfəs alıb həmin anda zəlzələ olmaya biləcəyini düşünmək sizi rahatlaşdıracaq.

Bunu yaşadıqdan sonra ertəsi gün yenidən zəlzələ yaşayacağınızdan qorxursunuz və bu proses davam etdikcə əslində qorxmaqdan qorxacaqsınız.

Sonra ertəsi gün yenidən zəlzələ qorxusunu yaşayacağınızdan qorxursunuz. Bu proses davam etdikcə əslində zəlzələdən yox, həm də qorxmaqdan qorxacaqsınız.

Bütün digər qorxular kimi zəlzələ qorxusu da qəbul olunduqca azalır. 

Zəlzələdən sonra insanları ən çox narahat edən qorxu və təşviş kimi görünsə də, əslində bu narahatçılığın yaranmasında “mənfi düşüncələr” ciddi əhəmiyyət kəsb edir. “Yenə zəlzələ olacaq, evdən çıxa bilməyəcəm.”, “Sağ qalsam da, sevdiklərim bacarmasa, həyatıma necə davam edəcəyəm?”, “Dağıntılar altında qalsam, kim məni xilas etməyin neçə saat çəkəcəyini bilir?", "Mən orada ac-susuz necə qala bilərəm?" Bu kimi fikirlər ağlınıza gəldikdə, onları rədd etmək əvəzinə bu düşüncələrdən qaçmamaq və onlarla üzləşmək lazımdır. Onları yenidən şərh etmək sizi zehni və fiziki cəhətdən rahatlaşdıracaq.

Mənfi düşüncələri rədd etmədən, onlar haqqında düşünməyə davam etmək lazımdır. “Zəlzələ olanda ev yıxılmaya bilər.”, “Zəlzələ olsa belə, yaxınlarıma və mənə ziyan dəyə bilməz.”, “Eşitdiyim bu səslər zəlzələdən yaranmaya bilər.”, “ Zəlzələ olduğu üçün yata bilmirəm, amma nə qədər ki, tədbir görməmişəm, yatıb yatmaq arasında heç bir fərq olmayacaq”. kimi cümlələr qurmağı da bacarmaq lazımdır. Bu, təkcə neqativlərə deyil, həm də müsbətə diqqət yetirmək üçün yol açır.

Ehtiyat tədbirləri görmək həmişə qorxunu azaldır. Buna görə də riskli binada yaşasanız, zəlzələ çantası hazırlamasanız, zəlzələ zamanı necə davranacağınızı düşünməsəniz və s. qorxu və narahatlıq səviyyəniz artacaq.

07.12.2023 11:45
524