Musavat.com xəbər verir ki, zəlzələ Xəzər dənizi regionunda, Azərbaycan şelfində 5,6 bal gücündə baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı Sumqayıt şəhərindən 97 km aralıda, Xəzər dənizinin 35 km dərinliyində yerləşib. Bakıda hiss olunan yeraltı təkanlar yerli vaxtla saat 08:15-də baş verib. Episentrdə yeraltı təkanların gücü 7-8 bal təşkil edib.
Bundan başqa, Respublika Seysmoloji Xidmət Mərkəzindən də zəlzələnin 5.6 baş gücündə olduğu qeyd edilib.
Musavat.com