Türkiyədə zəlzələ bölgəsində insanlara tibbi yardım göstərənlər arasında azərbaycanlı həkimlər də var.
Musavat.com xəbər verir ki, zəlzələdən sonra dünyaya gələn uşaqlardan birinə azərbaycanlı həkim Elvin İsazadənin adı verilib: "4 günlük yuxusuzluq, yorğunluq və stressdən sonra bu duyğunu izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn balaya anası, atası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin. Amin !", - deyə həkim yazıb.
Nigar Həsənli,
Musavat.com