Zelenskinin yeni Planı- "Putini sülh axtarmağa təşviq edəcək”

"Zelenskinin "qələbə planı"na Ukraynanın NATO və Aİ-yə daxil olması, həmçinin silah tədarükü tələbi daxildir".

Musavat.com xəbər verir ki, bu barədə məlumatı  "Bloomberg" yayıb.

Nəşr yazır ki, ABŞ-dakı görüş zamanı Ukrayna prezidenti Baydeni Kiyevə NATO-ya rəsmi dəvət göndərməyə və təkmil silahların daimi tədarükü ilə bağlı öhdəlikləri qəbul etməyə sövq edəcək.

Materialda həmçinin bildirilir ki, plan AB-yə üzvlük və digər iqtisadi və hərbi razılaşmalar üçün aydın bir yol tələb edir və bu, Zelenskinin sözlərinə görə, “Putini sülh axtarmağa təşviq edəcək”.

21.09.2024 12:40
471