Zelenskinin ABŞ-dan istədiyi “Tomaqavk” haqda hər şey...

 Prezident Vladimir Zelenskinin 2024-cü ilin oktyabrında açıqladığı 5 bəndlik “Qələbə planı”nında gizli saxladığı  əlavələrdən birində ABŞ-dan  uzaqmənzilli “Tomaqavk” raketləri istəməsi mediaya sızdırılandan sonra bu mövzuda müzakirələr səngimir.  Bu gizli əlavə haqda ilk dəfə  “The New York Times”(NYT)  adını çəkilməsinin istəməyən mənbəyə  istinadən məlumat yaymışdı.  NYT-nin məlumatına görə, adı açıqlanmayan amerikalı yüksək rütbəli məmurlardan biri Zelenskinin “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsini  qeyri-mümkün adlandırıb.

 Nəşr iddia edir ki,  Kiyevə  “Tomaqavk” raketlərinin verilməsi tələbi Ukraynanın öz ərazisində hərtərəfli qeyri-nüvə strateji çəkindirici paketi yerləşdirməyi təklif etdiyi  “Qələbə planı”nın üçüncü bəndinin məxfi əlavəsində yer alıb.  

“Tomaqavk” uzaqmənzilli qanadlı raketdir, Rusiyanın əksər bölgələrindəki hədəflərə çatmağa qadirdir.Onlar dünyanın ən böyük silah sənayesi  istehsalçılarından olan  “ Raytheon Technologies” tərəfindən istehsal olunur. Bir raketin təxmini dəyəri 1,45 milyon dollardır.

ABŞ ordusu bunu 1983-cü ildə arsenalına qəbul  edib.  Bu raketin çoxlu sayda təkmilləşdirmələri və bir neçə versiyası var. Məsələn, ABŞ ordusunun Typhon mobil raket sistemi üçün istifadə etdiyi quruda yerləşən “Tomaqavk” raketləri var. “Tomaqavk”ın  təkmilləşdirilmiş versiya “R/UGM-109”-dur    Onların  2500 km məsafəyə qədər uçduğu deyilir. “Tomaqavk” raketləri müxtəlif növ döyüş başlıqlarına malikdir,  bunkerlərini məhv etmək üçün nəzərdə tutulur.  Körfəz müharibəsində “Tomaqavk” tətbiq edilib.  Bu raketlərin əsas xüsusiyyətlərindən biri  uçuş zamanı yönləndirilə bilməsidir. Onlar  komanda ilə döyüş meydanında dərhal kursu dəyişə bilərlər.

 Rusiya hərbi ekspertləri iddia edirlər ki, “Tomaqavk” çox yüksək sürətlə uçmur, ona görə də  hava hücumundan müdafiə qüvvələri onlarla mübarizə apara bilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin “Tomaqavk” raketlərinin tədarükü ilə bağlı müraciətini  ABŞ və Amerika xalqının təhlükəsizlik maraqlarına cavab vermədiyinə diqqət çəkib.

 Lavrovun sözlərinə görə, Moskva Zelenskinin “Tomaqavk” raketi tələbinin “Vaşinqtonda çaşqınlığa səbəb olduğunu” bilir.

 

Musavat.com  

02.11.2024 16:26
687