Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun Baş katibi postuna seçilməsi çətin ki, alyansın Rusiyaya qarşı düşmənçilik xəttini dəyişsin. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Çətin ki, bu seçim NATO-nun və Atlantik Alyansının üzvlərinin ümumi xəttində nəyisə dəyişsin. Alyans, Rusiya Federasiyasının strateji sıxışdırılması məqsədi güdür. Hazırda bu, bizim üçün düşmən ittifaqıdır”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin iyulda konkret sülh planlarını təqdim edəcəyini bildirib. Bu barədə öz Telegram kanalında bildirib. Ukrayna liderinin sözlərinə görə, hazırda bu istiqamətdə iş gedir. Və çox güman ki, iyula qədər hər şey hazır olacaq. “Biz işçi qruplar hazırlayırıq”, - deyə Zelenski bildirib.
Lakin o, Kiyevin hansı tədbirləri təklif etmək niyyətində olduğunu dəqiq açıqlamayıb. Danışıqlar prosesinin intensivləşdirilməsinə necə kömək ediləcəyi də göstərilmir.
TVMusavat-ın bu gün saat 15:56-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə gündəmi dəyərləndirir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: