Zelenskidən şok açıqlama: Zaxarova dəli oldu

Danimarkada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski şok açıqlama verib.

O bildirib ki, Ukrayna NATO üzvlüyü müqabilində Belqorodu güzəştə gedə bilər.

Rəsmi brifinqdə bu fikri səsləndirməklə Ukrayna Prezidenti NATO Baş katibi Yens Stoltenberqin aparat rəhbərinin ölkəsinin əraziləri güzəştə gedəcəyi halda NATO-ya üzv qəbul ediləcəyi fikrinə cavab verib.

Rusiya XİN mətbuat katibi Mariya Zaxarova Zelenskinin sözlərinə ironiya ilə "görünür, yenə dozadan artıq istifadə edib" cavabını verib.

 

Musavat.com

20.08.2023 23:27
1969