Zelenskidən savaşı bitirəcək MÜBHƏM PLAN - ŞOK DETALLAR

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün ABŞ-a "Qələbə Planı"nı təqdim etməyə hazır olduqlarını açıqlayıb.

Musavat.com "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, müəmmalı plan barədə təfərrüat verməkdən imtina edən Ukrayna lideri Kursk əməliyyatının hələ başlanğıc olduğunu bildirib.

O, planın ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp, eləcə də Baydenlə paylaşılacağını açıqlayıb.

Qeyd edək ki, Ukrayna bu ayın əvvəlində başlatdığı Kursk əməliyyatı çərçivəsində irəliləməyə davam edir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski son açıqlamasında Rusiyanın Kursk vilayətində 1294 kvadratkilometr əraziyə və 100 yaşayış məntəqəsinə nəzarət etdiklərini açıqlayıb.

Sırski paytaxt Kiyevdə keçirilən "Ukrayna 2024. Müstəqillik" forumundakı çıxışında ölkəsinin 3 həftə əvvəl Kurskda başlatdığı hərbi əməliyyatı dəyərləndirib. O, Kurskda irəliləməyə davam etdiklərini və 594 rus əsgərini əsir götürdüklərini açıqlayıb.

66cec4f21173c75d18a5e98e.jpg (70 KB)

"Hazırda Kursk istiqamətinə təxminən 30 min Rusiya əsgərinin göndərildiyini deyə bilərik. Bu say getdikcə artır. Düşmən öz qoşunlarını başqa istiqamətlərdən çəkməyə çalışır", - deyə Ukrayna ordusunun baş komandanı bildirib.

Onun sözlərinə görə, avqustun 26-da başlayan və bu gün də davam edən hücumlarda 5 nəfər ölüb.

"F-16"lar İLK HÜCUMLARINI HƏYATA KEÇİRİB

Rusiya həftənin əvvəlində Ukrayna ərazisinin yarıdan çoxunu hədəf alaraq, indiyə qədərki ən böyük hava hücumlarından birini həyata keçirib. Partlayışların qeydə alındığı şəhərlər arasında Sumi, Xmelnitsk, Nikolayev və Zelenskinin doğulduğu Krivoy Roq da var. Ukrayna Hərbi Hava Qüvvələri bütün ölkənin ballistik silah hücumu təhlükəsi altında olduğunu açıqlayıb.

Rusiya Kiyev, Lvov, Xarkov və Odessa vilayətləri də daxil olmaqla, Ukraynanın bütün elektrik stansiyalarını və enerji infrastrukturunu vurmaq üçün uzaqmənzilli dəqiq silahlardan istifadə edildiyini açıqlayıb. Ukrayna da öz növbəsində ilk dəfə olaraq Qərb müttəfiqlərindən aldığı "F-16" döyüş təyyarələrindən Rusiyaya qarşı istifadə edib.

66cec4511173c75d18a5e988.jpg (44 KB)

Qeyd edək ki, Belçika, Danimarka, Niderland və Norveç tərəfindən təxminən 85 "F-16" qırıcısının ilk partiyası avqustun əvvəlində Ukraynaya çatdırılıb. Ukraynalı pilotlar uzun müddətdir ki, "F-16"ları idarə etmək üçün təlim keçirlər. "F-16"lar Ukrayna hava məkanını Rusiyanın hücumlarına qarşı müdafiə edə, pilotsuz uçuş aparatlarını vura və quru qoşunlarına dəstək verə bilər.

ABŞ PREZİDENTİNƏ "QƏLƏBƏ PLANI"NI TƏQDİM ETMƏYƏ HAZIRIQ

Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin şənbə günü qeyd edəcəyi Müstəqillik Günü öncəsi keçirdiyi mətbuat konfransında bütün dünyanı həyəcanlandıran açıqlama verib. Belə ki, o, Rusiya ilə müharibəyə son qoymaq planlarını ABŞ-a təqdim etməyə hazır olduqlarını bildirib.

66cec4b91173c75d18a5e98c.jpg (41 KB)

HARRİS VƏ TRAMP İLƏ DƏ PAYLAŞACAQ

Gələn ay təqdim edəcəyi planı "Qələbə Planı" kimi xarakterizə edən Zelenski Rusiyanın Kursk bölgəsinə qarşı əməliyyatın "planın bir hissəsi" olduğunu bildirib. Ukrayna lideri qeyd edib ki, planın uğuru Baydendən asılıdır və ABŞ-ın bu planın məzmununu Ukraynaya verib-verməməsi həlledici olacaq.

Zelenski planı ABŞ prezident seçkilərində yarışacaq namizədlər Kamala Harris və Donald Trampla bölüşəcəyini bildirib.

66cec5251173c75d18a5e991.jpg (37 KB)

KURSK SADƏCƏ BAŞLANĞICDIR

Zelenski "Qələbə Planı" ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. O, 4 mərhələdən ibarət olduğunu bildirdiyi planının Kurska qarşı sərhədyanı əməliyyatla başladığını bildirib.

“Kursk bizim qələbə planımızın bir hissəsidir. Bəziləri üçün bu, iddialı görünə bilər, lakin bizim üçün çox vacib plandır”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ikinci mərhələ Ukraynanın dünya təhlükəsizlik infrastrukturunda strateji yeri ilə bağlıdır. Üçüncü mərhələdə Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur edəcək güclü paket təqdim olunacaq. Dördüncü mərhələ isə tamamilə iqtisadiyyatla bağlı olacaq.

Ukrayna lideri təfərrüatlar verməkdən imtina edib və planla bağlı hər şeyi açıqlaya bilməyəcəyini bildirib.

Musavat.com

28.08.2024 12:15
2503