Zelenskidən NATO ilə bağlı SON DƏQİQƏ açıqlaması: Ədalətli deyil!

Ukrayna NATO-ya üzvlük deyil, yalnız rəsmi dəvət istəyir, lakin bəzi Qərb liderləri bunu sanki üzvlük tələbi kimi qəbul edirlər.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İslandiyaya səfəri zamanı deyib.

“Bu, ədalətli deyil. Sadəcə yox deməyin bir yoludur” - deyə Zelenski vurğulayıb.

O, Kiyevin NATO-ya üzvlük məsələsini aktiv döyüşlər davam edərkən gündəmə gətirmədiyini, sadəcə olaraq Ukrayna və bütün Avropa üçün geosiyasi aydınlıq yaradacaq bir dəvət istədiyini qeyd edib.

“Ukrayna səmimi bir cavaba layiqdir və mən sizi bu şəffaflığı dəstəkləməyə çağırıram. Xahiş edirəm, Avropadakı tərəfdaşlar, xüsusən də Berlin ilə birlikdə işləyin ki, biz bu geosiyasi aydınlığa birgə nail ola bilək”, - deyə o əlavə edib.

Musavat.com

29.10.2024 11:12
693