Zelenskidən müharibə tapşırığı- Yeni plan hazırlanacaq

Ukrayna prezidenti Volodimir Zelenski ilin sonuna qədər yeni müharibə planının hazırlanmasını tapşırıb. Bu plan Ukraynanın müstəqil olaraq görməli olduğu addımları əhatə edir və yalnız müttəfiqlərə bağlı deyil.

Musavat.com xəbər verir ki, bu barədə BBC-Ukrayna mənbələrə istinadən məlumat verib.

Plana əsasən, müharibənin üçüncü ilində Ukraynanın müdafiə sənayesi, hərbi, iqtisadi və sosial siyasət sahələrində dayanıqlı olması hədəflənir.

"Məqsəd, ölkədə birliyi qorumaq və müxtəlif sahələrdə inkişafı təmin etmək üçün mümkün olan hər şeyi etməkdir", – mənbə bildirib.

Qeyd edək ki, Zelenskinin daha əvvəl təqdim etdiyi "qələbə planı" Qərbə yönəlmiş tələblərdən ibarət idi. Bu tələblərə Ukraynanın NATO-ya daxil edilməsi, uzaqmənzilli silahların verilməsi, investisiyaların artırılması və qeyri-nüvə müdafiə tədbirlərinin görülməsi daxildir.

23.10.2024 13:00
206