Zelenskidən Kursk əməliyyatları ilə bağlı SON DƏQİQƏ açıqlaması

"Kursk əməliyyatı böyük hərbi-siyasi, hərbi-diplomatik əməliyyatın tərkib hissəsidir. Bizim etdiyimiz hər şey yalnız Rusiyanı ədalətli sülhə hazır olmağa məcbur etməkdir."

Musavat.com xəbər verir ki, bu sözləri Hindistan mətbuatının nümayəndələrinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O, baş nazir Narendra Modi ilə görüşün nəticələri, Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatlar, ikinci Sülh Sammiti, Aİ ilə əlaqələrdən danışıb. 

Musavat.com

26.08.2024 08:40
1060