Zelenski Xarkova gəldi: VƏZİYYƏT GƏRGİNLƏŞDİ – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Ukrayna prezidenti Vladimir Zelenskinin Xarkova səfəri ilə bağlı məlumatı şərh edib. Deputat Zelenskinin Xarkova səfərini Ukrayna Silahlı Qüvvələri (AFU) üçün bu sahədə vəziyyətin mürəkkəbliyi ilə izah edib.

Zelenski Xarkovda qərargahın iclasını keçirib.

“Əlbəttə, nə edəcəyinizi anlamaq üçün bu görüşü keçirmək lazımdır. Orada humanitar dəhlizlər yaradılmalıdır. Əgər Zelenski prezidentin vəzifələrini yerinə yetirirsə, deməli, ölkənin vətəndaşları haqda düşünməlidir. Oradakı vəziyyət onlar üçün asan deyil. Təbii ki, bu, yalnız Ukraynanın mövqeyinin mürəkkəbliyini vurğulayır”, - Çepa bildirib.

Mayın 15-də Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Rusiya ordusunun Xarkov vilayətinə hücumu ilə əlaqədar təcili parlament iclasını çağırmağı tələb edib. Parlamentarinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski, dövlət sərhəd xidməti və Milli Qvardiyanın rəhbərləri, habelə ölkənin baş naziri Denis Şmıqal və müdafiə naziri Rustem Umerov parlamentdə hesabat verməlidirlər.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Kamran Həsənlinin və Sevinc Telmanqızının təqdimatındakı Kamranla 1 verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

16.05.2024 16:02
873