Zelenski və Makron saat yarım telefonda nə danışıb?

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla saat yarım telefonla danışıb.

Musavat.com xəbər verir ki, bu barədə Vladimir Zelenski Tvitter hesabında yazıb.

"Mən fransalı həmkarımı cəbhədəki vəziyyət və Rusiyanın təcavüzünə qarşı mübarizənin gedişi barədə məlumatlandırdım. Biz Fransadan gələcək müdafiə dəstəyi barədə müzakirə apardıq. MAQATE-nin Zaporojyedəki missiyasının nəticələri ilə bağlı qiymətləndirmə mübadiləsi etdik", - Zelenski qeyd edib.

05.09.2022 18:39
534