Zelenski müharibədə mümkün məğlubiyyəti istisna edib.
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti BBC jurnalistinin Ukraynanın müharibədə tədricən məğlubiyyətə düçar olub-olmayacağı ilə bağlı sualını cavablandıraraq, “Yox” deyib.
“Ən çətin vəziyyətdə idik, demək olar ki, tamamilə işğal olunmuşduq - ən azı mərkəzi rayonlar, dövlətimizin maddi-texniki təminatı, avtomobil yolları, dəmir yolları, ərzaq təchizatı, tam blokadada idi. İndi fərqli vəziyyətimiz var”, - Zelenski deyib.
Musavat.com