Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə vətəndaşlara “Daxili Dayanıqlıq Planı”nı təqdim edəcəyini açıqlayıb. Bu plan 10 əsas maddədən ibarət olacaq və ölkənin müxtəlif sahələrində dayanıqlığını artırmağı hədəfləyir.
Prezidentin sözlərinə görə, planın əsas məqamlarından biri “mədəni suverenlik” və hər bir vətəndaş üçün “təhlükəsiz məkan” təmin etməkdir. Bundan əlavə, enerji təhlükəsizliyi və silahlanma məsələləri də planın əsas komponentləri arasında yer alır.
Zelenski vurğulayıb ki, bu plan Ukraynanın daxili sabitliyini və təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır və ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Musavat.com