Zelenski TARİXİ FƏRMAN verdi: Rusiyanın bu əraziləri Ukrayna torpağıdır - K.Həsənli və S.Telmanqızı CANLIda 

Ukrayna prezidenti Vladimir Zelenski “Rusiya Federasiyasının tarixən ukraynalıların yaratdığı ərazilərdə yaşaması haqqında” fərman imzaladığını bildirib.

O, bu barədə xalqa müraciətində deyib.

“Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır. Kiyev hakimiyyəti hüquq və azadlıqların uzlaşması, ukraynalılar və tariximiz haqqında həqiqətlər üçün hər şeyi etməlidir”, - Zelenski bildirib.

V.Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir ki, Ukrayna hakimiyyəti Rusiyanın müasir Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov kimi tarixən məskunlaşdıqları torpaqlar da daxil olmaqla, Rusiya Federasiyasında ukraynalıların milli mənsubiyyətinin qorunması üzrə tədbirlər planı hazırlayacaqlar.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.05-də aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızı ilə Kamranla1 verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

22.01.2024 16:05
1018