Zelenski tam və qeyd-şərtsiz atəşkəsə razılaşıb – Finlandiya prezidenti

Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə razılaşdığına görə Rusiya da eyni addım atmalıdır.

Musavat.com xəbər verir ki, bunu Finlandiya prezidenti Alexander Stubb X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ukrayna lideri Vladimir Zelenski ilə söhbətdən sonra o, Rusiyaya müraciət edib: "Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə razılaşıb. Rusiya da bunu etməlidir”.

Dövlət başçısı əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülh üçün səylərini davam etdirirlər.

Musavat.com

17.04.2025 09:28
757