Ukrayna Prezidenti Volodimir Zelenski son günlər Rusiya tərəfindən həyata keçirilən hücumların intensivliyinə diqqət çəkib.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə özünün ənənəvi gecə müraciətində bildirib.
“Cəmi üç gün ərzində Ukraynaya 900-dən çox kamikadze dron, ballistik və qanadlı raketlər buraxılıb. Rusiya hücumları hər keçən gecə daha da amansız və genişmiqyaslı olur”, – deyə dövlət başçısı bildirib.
Zelenskinin sözlərinə görə, bu intensiv hücumlar mülki əhali üçün təhlükəni artırır və Ukrayna hava hücumundan müdafiə sistemlərinin təcili gücləndirilməsini zəruri edir.
Musavat.com