Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin irəli sürdüyü üçgünlük atəşkəs təklifini sərt şəkildə rədd edib.
Musavat.com xəbər verir ki, Zelenski bu təklifi “böyük teatr tamaşası” adlandırıb.
“Putinin 9 Mayda təcriddən çıxdığı görüntüsünü yaratmaq, Kreml meydanına gələcək liderlərin özlərini rahat və təhlükəsiz hiss etməsi üçün bu oyunu oynamaq niyyətindəyikmi? Xeyr, heç kim Putinə bu məsələdə yardım etməyəcək,” – deyə Zelenski bəyan edib.
Zelenskinin bu cavabı beynəlxalq mediada da geniş rezonans doğurub.
Musavat.com