Zelenski: Prezident seçkiləri keçirməyə hazıram

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, ukraynalıların əksəriyyəti səsvermənin əleyhinə olsa da, ölkədə prezident seçkiləri keçirməyə hazırdır.

Musavat.com xəbər verir ki, o bu barədə The Associated Press-ə müsahibəsində bildirib. Ukrayna Prezidenti iddia edib ki, vətəndaşlar hərbi əməliyyatlar fonunda bunu “təhlükəli və mənasız” hesab edirlər.

Zelenski həmçinin bildirib ki, Rusiya ilə danışıqların lehinə “Qərbdə səsləri eşidirəm”. 

 

Musavat.com

01.12.2023 23:26
645