Zelenski Kurskda əməliyyatın niyə gizli planlaşdırıldığını açıqladı

Zelenski Kursk vilayətində əməliyyatın niyə gizli şəkildə planlaşdırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenski deyib: “Belə bir əməliyyat planlaşdırdığımızı eşitsəydilər, bunun real olmadığını və bunun mövcud olan bütün qırmızı xətləri keçdiyini söyləyərdilər". 

Onun sözlərinə görə, buna görə də bu əməliyyatın hazırlığından heç kim xəbər tutmayıb.

Zelenski həmçinin bildirib ki, Qərb tərəfdaşları Rusiyaya uzaq məsafədən hücumlara icazə versəydilər, Kursk bölgəsində əməliyyata ehtiyac qalmazdı. 

 

Musavat.com

20.08.2024 00:05
739