"Zelenski İrəvanda bizə qarşı çıxa bilməz, buna haqqı yoxdur" - Bakı sakinlərindən REAKSİYA

Bu günlərdə erməni mənbələri belə bir məlumat yayıb ki, Ukrayna prezidenti Vladimir Zelenski Ermənistana səfər edəcək. Doğrudur, hələlik bu barədə rəsmi olaraq nə təkzib, nə də təsdiq var. Amma Cənubi Qafqazda gərginliyin artdığı bir ərəfədə Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı xəbər Azərbaycan cəmiyyətində haqlı suallar doğurub. O da məlumdur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin getdiyi 2 il ərzində hər zaman Ukraynaya dəstək və humanitar yardım verib.

Bəs indi Zelenskini Ermənistana aparan səbəb nədir? Bu səfər baş tutarsa, Azərbaycana hansı təsirləri ola bilər?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

26.02.2024 19:02
1063