"Zelenski hər gün məndən silah istəyir, mən "Amazon" deyiləm" - ŞOK AÇIQLAMA

"Ukraynalılar bizim səylərimizi qiymətləndirməlidirlər".

Musavat.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

O, Zelenskinin Böyük Britaniyadan hər gün silah istəməsini tənqid edib:

"Zelenski mənə hər gün silah siyahısı verir. Mən Amazon mağazası deyiləm. Onlar gərək bizim səylərimizi qiymətləndirsinlər".

Müdafiə nazirinin sözlərindən sonra Böyük Britaniyanın baş nazirinin ofisi Zelenski dəfələrlə Böyük Britaniyaya dəstəyə görə təşəkkür etdiyini bəyan edib.

Musavat.com

13.07.2023 13:36
1637