İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sənəd mübadiləsi həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatla çıxış edib.
Onun sözlərinə görə, tərəflər sülhün əldə olunması ilə bağlı sənədləri Türkiyə vasitəsilə bir-birinə təqdim ediblər. "Onlar sənədləri Türkiyə tərəfi üzərindən mübadilə etdilər. Biz isə yeni əsir mübadiləsinə hazırlaşırıq,” – deyə Zelenski bildirib.
Qeyd edək ki, danışıqlar bu gün İstanbulda baş tutub və bir saatdan bir qədər artıq davam edib. Tərəflər arasında humanitar məsələlərin, o cümlədən əsir mübadiləsinin əsas müzakirə mövzularından biri olduğu vurğulanıb.
Musavat.com