Zelenski: Çin Ukraynaya kömək etmədi, Rusiya üçün dron bazasını açdı

Ukrayna Prezidenti Volodimir Zelenski Çinin müharibənin başlanğıcında ölkəsinə dəstək göstərmədiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenski bildirib ki, Çin əksinə, Rusiyanı dəstəkləyərək ona dron bazasını açıb:

“Çin müharibəni dayandırmaq üçün bizə yardım etmədi, əksinə, Rusiya üçün dron bazasını açdı. Bizə belə ölkələrdən zəmanətlər lazım deyil – onlar bizi 24 fevraldan sonra ən kritik anda dəstəkləmədilər”, – deyə Zelenski vurğulayıb.

Musavat.com

21.08.2025 12:38
372