Ukrayna Prezidenti münaqişəyə son qoyacaq istənilən formatı qəbul etməyə hazır olduqlarını bəyan edib.
Musavat.com xəbər verir ki, Prezident Volodimir Zelenski ölkəsinin sülhə doğru atılan bütün təşəbbüslərə açıq olduğunu bildirib. O qeyd edib ki, Ukrayna heç bir formatı istisna etmir – əsas şərt atəşkəsin təmin olunması və davamlı sülhün qurulmasıdır.
Zelenskinin sözlərinə görə, rəsmi Kiyev dərhal, tam və qeyd-şərtsiz atəşkəsin həyata keçirilməsini tələb edir: “Biz real sülhə gedən yolda irəliləməyə hazırıq və bu yolda heç bir varianta qapalı deyilik”.
Ukrayna rəhbərliyinin bu bəyanatı davam edən döyüşlərin fonunda yeni diplomatik mərhələnin başlaya biləcəyini göstərir.
Musavat.com