Ukrayna Prezidenti Vladimir Zelenski Moskvada Crocus City Hall konsert zalında törədilən terror aktına və hadisədə Ukraynanı günahlandırmaq cəhdlərinə cavab verib.
Musavat.com Unian-a istinadən xəbər verir ki, prezident axşam videomüraciətində hadisənin Rusiya xüsusi xidmətinin öz əməli olduğunu bildirib: "Dünən Moskvada baş verənlərlə bağlı hər şey aydınır, amma Putin və başqa fırıldaqçılar bunu başqasının üstünə atmağa çalışırlar. Onların həmişə eyni üsulları var. Bu, artıq olub. Evlər uçurulub, atışmalar olub, partlayışlar olub. Və onlar həmişə başqalarını günahlandırırlar”.
Zelenski qeyd edib ki, ruslar Ukraynaya gəlib şəhərləri yandırır və Ukraynanı günahlandırmağa çalışırlar: "Onlar bizim xalqımıza işgəncə verir, zorlayırlar, həm də ittiham edilər. Onlar yüz minlərlə terrorçunu bura - Ukrayna torpağına gətiriblər, bizə qarşı vuruşurlar və öz ölkələrinin daxilində baş verənlərlə maraqlanmırlar. Dünən hadisə baş verib, şərəfsiz Putin öz ölkəsinin vətəndaşları ilə məşğul olmaq əvəzinə bir sutka oturub fikirləşib ki, bunu Ukraynaya necə bağlasın. Bu, çox açıq görünür”.
Zelenski deyib ki, hazırda Ukrayna torpaqlarında öldürülən yüz minlərlə rus hər hansı terrorçunun qarşısını almaq üçün kifayət edər: “Əgər ruslar timsahların içində səssizcə ölməyə hazırdırsa və öz xüsusi xidmət orqanlarına sual vermirlərsə, Putin bundan sonra da belə vəziyyətləri şəxsi gücünün xeyrinə çevirməyə çalışacaq”.
Ukrayna prezidenti əmin olduğunu bildirib ki, terrorçular həmişə uduzmalıdırlar və terrorla mübarizə aparan hər kəsə təşəkkür edib: “Biz bütün dünya olaraq insanları sadəcə istehlak materialı hesab edənlərdən müdafiə etməliyik”.
Musavat.com
@@TVmusavat/81582@@