Zelenski Britaniyaya getdi- SƏBƏB  

Ukrayna prezidenti Vladimir Zelenski Britaniyaya səfər edib.

Musavat.com-un məlumatına görə, bu barədə The Guardian xəbər verib. Zelenski, Britaniya baş naziri Keir Starmer və NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar aparacaq.

Starmerin sözçüsü jurnalistlərə bildirib ki, Britaniya baş naziri ölkəsinin Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiq edəcək. Zelenski həmçinin Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgia Meloni və Almaniya kansleri Olaf Şolzla da görüşəcək.

Zelenskinin səfəri ilə əlaqədar Berlində təhlükəsizlik tədbirləri gücləndirilib. Onun səfəri zamanı digər federal ştatlardan da polislərin Berlinə köçürüləcəyi gözlənilir.

Şahanə Rəhimli
Musavat.com

10.10.2024 14:38
268