Zelenski AÇIQLADI: "Müharibəyə son qoymaq üçün.."

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

"Əminəm ki, Ukrayna və Rusiya liderləri arasında görüş müharibəni dayandırmaq üçün zərrə qədər şans olduğu halda baş tuta bilər", - Zelenski qeyd edib.

Ukrayna lideri fevralın 24-dək Rusiya qoşunlarının mövqelərinə qaytarılması ilə bağlı danışıqlar aparacaq.

“Əgər onlar tarix və yer göstərsələr, biz onlarla görüşməyə hazır olacağıq”, - deyə Zelenski əlavə edib.

Toğrul İSMAYIL,
Musavat.com

21.04.2022 00:36
1323