"Döyüş meydanındakı hazırki vəziyyət Ukraynada müharibəyə son qoymaq üçün imkan yaradır."
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna-Cənub-Şərqi Avropa Sammitində bildirib.
O, qeyd edib ki, oktyabr, noyabr və dekabr aylarında hər şey sülhə və davamlı sabitliyə doğru gedə bilər: "Döyüş meydanındakı vəziyyət ən geci 2025-ci ilə qədər müharibəni bitirmək üçün qəti addımlar atmaq seçimi etmək imkanı yaradır".
Toğrul İSMAYIL,
Musavat.com