Ukrayna prezidenti Volodimir Zelenski "Qələbə Planının" gizli hissəsində ABŞ-dan 2400 km-ə qədər mənzilə malik "Tomahawk" qanadlı raketlərinin tədarükünü istəyib.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Lakin yüksək vəzifəli bir amerikalı rəsmiyə görə, "Bu tələb həyata keçə bilməz və reallıqla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, "Tomahawk" raketlərinin mənzili ATACMS-dan yeddi dəfə çoxdur. Bu raketlərin Ukraynaya ötürülməsi ABŞ tərəfindən qəbul edilə biləcək ssenarilərdən biri kimi nəzərdən keçirilirdi.
Musavat.com