İlk yayınlanma vaxtı 00:12
Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü qeyd edəcək.
Musavat.com-un etibarlı mənbələrdən əldə etdiyi xəbərə görə, Zəfər Günü bu dəfə Xankəndi şəhərində qeyd edilə bilər.
Mənbə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində ola bilər. Bu təqdirdə, Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.
Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.
Məlumatı rəsmən təsdiq etdirmək mümkün olmayıb.
Yada salaq ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.
Musavat.com