Zaxarovadan Qarabağ erməniləri ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə vətənə qayıtmaq imkanı olmalıdır”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Qarabağ ərazisini tərk edən erməni əhalisinə gəlincə, qeyd etdiyiniz kimi, Azərbaycan hakimiyyəti xüsusi reinteqrasiya planı qəbul edib. Rusiyanın bu addımı alqışladığı və dəstəklədiyi dəfələrlə vurğulanıb. Qarabağ ermənilərinin öz hüquqlarının lazımi səviyyədə təmin edilməsi və təbii ki, təhlükəsizliyi təmin olunmaqla regiona qayıtmaq imkanı olmalıdır”, - deyən Zaxarova Rusiyanın da öz növbəsində bu prosesə hər cür kömək etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu məsələni 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı və Azərbaycanı tərk etmiş azərbaycanlıların və ermənilərin vətənə qayıtması mövzusundan ayırmaq lazımdır:

“Bu kateqoriyadan olan vətəndaşların geri qayıtmasına şərait yaratmaq üçün böyük həcmdə iş görülməlidir. Bizə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşması lazımdır. Ölkələr arasında etimad mühiti yaradılmalıdır, o cümlədən sülh müqaviləsi imzalanmalıdır və kommunikasiyaların bloku açılmalıdır”.

Musavat.com

18.04.2024 15:55
10341