“Problemi həll etmək üçün nə etmək lazım olduğunu bilirik”.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın baş nazirinin Rusiya sülhməramlı kontingentinin Qarabağda tapşırığın öhdəsindən gəlməməsi barədə bəyanatını XİN-in necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, problemi həll etmək üçün razılaşdırılmış işləri yerinə yetirmək, vəziyyəti təhrik etməmək, onu sakitləşdirmək və həll etmək üçün çalışmaq, götürülən öhdəliklərin yerinə yetirilməsi baxımından məsuliyyətli olmaq lazımdır.
Onun sözlərinə görə, Rusiya tərəfində vasitəçi qismində danışıqlar prosesində iştirak edən hər kəs bundan danışır: “Biz İrəvandan fərqli bəyanatlar gördük, məsələn, Ermənistanın eyni baş naziri 2020-ci il oktyabrın 7-də bəyan etdi: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və heç vaxt olmayacaq, bu, artıq istisna edilib, 100 faiz”. Sonra başqa bir şey dedi”.
Musavat.com