Zaxarovadan ona "katibə" deyən Simonyana ŞOK sözlər

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onu "hansısa katibə" adlandırmasına cavab verib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, o Simonyanın bu sözlərinə kəskin reaksiya göstərib.

"Mən isə planetin bütün “katiblərinə” dəstək sözləri demək istəyirəm. Rəfiqələrim! Sizin işiniz ən böyük rəisin belə uğurunun açarıdır. Gündəlik zəhmətkeş işiniz, o cümlədən plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla müxtəlif narahatlıqlar, hər şey boşa gedəcək. İnciməyin, bu adamın, əminəm, düşünmədən ağzından çıxıb. Onun dediklərinə münasibətinizi erməni xalqına aid etməyin. Erməni xalqı müdrik, çox dərd çəkən və sevən xalqdır.", - deyə Zaxarova qeyd edib. 

Musavat.com

07.09.2023 13:16
1668