Zaxarovadan demokrat senatorların araşdırma tələbinə SƏRT REAKSİYA

"Demokrat senatorlar Maskın Rusiya ilə təmaslarının araşdırılmasını tələb edirlər".

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova telegram kanalında yazıb.

O, demokrat senatorlara partiya üzvü prezident Kennedinin, eləcə də onun ailə üzvlərinin qətlini araşdırmağı məsləhət görüb:

"ABŞ rəsmiləri yarım əsrdir ki, guya nədən bəhs edildiyini başa düşmürlər. Paralel olaraq, onlar başqa bir partiya üzvünün - Baydenin və onun ailəsinin korrupsiyasını araşdırmağa başlaya bilərlər", - deyə Zaxarova qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

16.11.2024 14:11
322