"Elə şeylər var ki, onları tibbi təhsil olmadan şərh etmək olmaz".
Musavat.com xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Qarabağı Azərbaycana verməsi barədə bəyanatını şərh edərkən deyib.
"Doğrudanmı o, bunu deyib? Bu, hansı ildə baş verib? Bu adamın adı nədir? Qarşı tərəfdən uydurulmuş tezisi özlərinə qaytarmaq istərdim: bəlkə də söhbət hansısa katibədən gedir. Elə şeylər var ki, onları tibbi təhsil olmadan şərh etmək olmaz. Bu sahədə heç bir bacarıq tətbiq etmək imkanım yoxdur. Ancaq buna başqa cür yanaşmaq mümkün deyil", - deyə Zaxarova bildirib.
Musavat.com