Zaxarova: “Rusiyalı ictimai xadimlərin Ermənistana buraxılmaması əməkdaşlığa ziyan vurur”

“Ermənistanın qanunu pozmayan rusiyalı ictimai xadimləri ölkəyə buraxmaqdan imtina etməsi onun Rusiya ilə qarşılıqlı əlaqələrinə ciddi ziyan vurur”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Qeyd edək ki, sentyabrın 6-8-də İrəvanda birinci Rusiya-Ermənistan Media Forumu keçirilir.

08.09.2023 11:08
708