Zaxarova: “Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq” - VİDEO

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, sülhməramlılar artıq bir sıra daimi və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar:

“Son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib; 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri (Nikol Paşinyan) Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, Rusiya sülhməramlı kontingentinin bölgəyə yeridilməsi şərtləri ciddi şəkildə tənzimləndi və bu ilin 19-20 sentyabr tarixlərində baş vermiş toqquşmadan sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”.

Zaxarova qeyd edib ki, Moskva Rusiya sülhməramlıları ilə bağlı fundamental məsələləri Bakı ilə müzakirə edir.

10.10.2023 17:45
957