Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Qərbin RİA Novosti-nin hərbi müxbiri Rostislav Juravlyovun qətlinə reaksiyası dəhşətlidir.
Musavat.com xəbər verir ki, Zaxarova "Sputnik" radiosuna deyib: “Bu, ona görə dəhşətlidir ki, seqreqasiya, insanları birinci, ikinci dərəcəli saymaq, lazımlı və lazımsız hesab etmək, doğru və yanlışa bölmək liberal diktaturanın bir hissəsidir”.
Diplomat Qərbin insanlara qeyri-bərabər münasibət bəsləyən ideologiyaya sadiq qalması faktını dərk etməyin vacibliyini vurğulayıb.
Musavat.com